Accessibility links

Yəmən prezidenti Əli Abdulla Saleh yaralanıb


Yəmən prezidenti Əli Abdulla Saleh yaralanıb
Yəmən prezidenti Əli Abdulla Saleh yaralanıb

Paytaxt Sənadakı prezident sarayına hücum zamanı Yəmən prezidenti Əli Abdulla Salehin yaralandığı bildirilir. Qərb mediasının müxalifət televiziyasına istinadən bildirdiyinə görə, cənab Saleh bu gün prezident sarayındakı məsciddə ibadət edərkən atılan raket hücunu nəticəsində yaralanıb. Hücum zamanı bir neçə yüksək səviyyəli rəsminin yaralandığını bildirilir. Onlar arasında baş nazir və parlament spikerinin də olduğu deyilir. Hücumun məsuliyyətini kimin daşıdığı aydın deyil.

Bu gün səhər prezident Əli Abdulla Salehin ordusu ilə qəbilə başçısı Şeyx Sadiq Əl-Əhmara sadiq qüvvələr arasında gedən döyüşlər zamanı müxalifətin Sənadakı televiziya studiyasının dağılması vəziyyəti daha da gərginləşdidib.

XS
SM
MD
LG