Accessibility links

Yəmən prezidenti Abdulla Saleh səlahiyyətlərini vitse-prezidentə təhvil verir

  • Amerikanın səsi

Yəmən prezidenti Abdulla Saleh səlahiyyətlərini vitse-prezidentə təhvil verir

Yəmən prezidenti Abdulla Saleh səlahiyyətlərini vitse-prezidentə təhvil verir

Yəmən prezidenti Abdulla Saleh ölkəsində on aydır davam edən böhrandan sonra hakimiyyətin təcili olaraq vitse-prezident Əbd-Rəbbu Mənsur Hadiyə ötürülməsi və milli birlik hökumətinin yaradılması barədə körfəz dövlətlərinin in sponsorluğu ilə hazırlanan plana imza atmaq üçün Riyada yola düşüb.

Cənab Saleh Səudiyyə Ərəbistanını paytaxtına bu gün çatıb. Yəmənin dövlət mediası cənab Salehin Körfəz Əməkdaşlıq Şurasının “hakimiyyətin ötürülməsi mexanizmi” adı altındakı planın imzalanmasında iştirak edəcəyini bildirib. Yəmən prezidenti il ərzində bu plana bir neçə dəfə imza atmağa razılıq versə də, son anda fikrini dəyişmişdi.

BMT-nin Yəməndəki xüsusi nümayəndəsi Camal Bin Ömərin dediyinə görə, cənab Saleh müxalifətlə birlikdə Körfəz Əməkdaşlıq Şurasının hazırladığı planla bağlı razılığı dünən əldə edib.

XS
SM
MD
LG