Accessibility links

Yəmən prezidenti hakimiyyəti təhvil verməkdən boyun qaçırır (YENİLƏNİB)


Yəmən prezidenti hakimiyyəti təhvil verməkdən boyun qaçırır (YENİLƏNİB)

Yəmən prezidenti hakimiyyəti təhvil verməkdən boyun qaçırır (YENİLƏNİB)

Yəmən prezidenti Əli Abdullah Salehə loyal silahlı adamlar xarici diplomatların toplaşdığı Birləşmiş Ərəb Əmirliklərinin səfirlik binasını mühasirəyə alıblar. Burada ABŞ, Britaniya və Körfəz ölkələrinin diplomatları Yəməndə hakimiyyətin dinc yolla təhvil verilməsini müzakirə edirlər.

Salehin hakimiyyəti bir ay müddətində təhvil verməsini nəzərdə tutan sazişi imzalamaqdan boyun qaçırdığı güman edilir. Prezident Əli Abdullah Saleh deyib ki, o, bağlı qapılar arxasında hazırlanmış hər hansı bir razılaşmanı imzalamaq fikrində deyil.

Bu bəyanat sazişin imzalanmasına bir neçə saat qalmış açıqlanıb. Yəmən liderinin etirazları üzündən sazişin imzalanması iki dəfə yubanıb.

Yəmən müxalifəti sazişi şənbə günü imzalayıb. İmzalanma şərtlərindən biri o idi ki, prezident razılaşmanı bu gün imzalayacaq.

Yüz minlərlə adam paytaxt Sənanın küçələrinə axışıb. Cənab Salehin tərəfdarları isə razılaşmaya etiraz əlaməti olaraq küçələri bağlamağa cəhd göstəriblər.

XS
SM
MD
LG