Accessibility links

Yəmən prezidenti istefasına dair çağırışlara müqavimət göstərəcəyini deyib


Yəmən prezidenti istefasına dair çağırışlara müqavimət göstərəcəyini deyib

Yəmən prezidenti istefasına dair çağırışlara müqavimət göstərəcəyini deyib

Prezidentin əlehdarları və tərfdarlarından ibarət nümayişlər Ərəb Körfəz planından sonra küçələrə çıxıb

Nümayişçilərin istefasına dair təzyiqlərinə məruz qalan Yəmən prezidenti bu gün minlərlə tərəfdarına istefasına dair çağırışlara qarşı müqavimət göstərəcəyini deyib. Prezident Əli Abdulla Saleh opponentləri qanunsuz adlandırıb. Bu arada on minlərlə hökumət əleyhinə nümayişçi paytaxt Sana yaxınlığında toplaşıb. Prezidentin əlehdarları və tərfdarlarından ibarət nümayişlər Ərəb Körfəz planından sonra küçələrə çıxıb. Planda prezident Salehin səlahiyyətlərini müavininə verərək 30 gün ərzində hakimiyyəti tərk etməsi nəzərdə tutulur. Bu, müxalif üzvlərin də daxil olduğu vahid hökumətin təşkilinə yol açacaq.

XS
SM
MD
LG