Accessibility links

Yəmən prezidenti Əli Abdulla Saleh Səudiyyə Ərəbistanından vətəninə qayıdıb

  • Amerikanın səsi

Yəmən prezidenti Əli Abdulla Saleh Səudiyyə Ərəbistanından vətəninə qayıdıb

Yəmən prezidenti Əli Abdulla Saleh Səudiyyə Ərəbistanından vətəninə qayıdıb

Yəmən prezidenti Əli Abdulla Saleh sui-qəsd cəhdindən sonra müalicə aldığı Səudiyyə Ərəbistanından vətəninə qayıdıb. Yəmənin dövlət televiziyası onun Riyada bu gün qayıtdığını bildirib. Prezidentin qayıdışı 6 gündür ara vermədən keçirilən hökumət əleyhinə nümayişlər vaxtına təsadüf edir.

Prezident siyasi böhranın həlli məqsədi ilə müzakirələrə çağırıb. Əli Abdulla Saleh bildirib ki, hökumətlə müxalifət arasındakı böhran yalnız dialoq yolu ilə həll edilə bilər.

Ötən bazar günündən etibarən qarşıdurmalar nəticəsində 100-ə yaxın adam həlak olub. Yəməndə artıq 8 aydır ki, 33 illik Saleh rejimi əleyhinə etiraz aksiyaları keçirilir.

XS
SM
MD
LG