Accessibility links

Yəmən prezidenti növbədənkənar seçkilərə çağırıb

  • Amerikanın səsi

Yəmən prezidenti növbədənkənar seçkilərə çağırıb

Yəmən prezidenti növbədənkənar seçkilərə çağırıb

Yəmən prezidenti bu gün tərəfdarları qarşısında etdiyi çıxışı zamanı növbədənkənar seçkilərə çağırıb. Sanada danışan Əli Abdulla Saleh deyib ki, erkən prezident seçkiləri ölkədə qan axıdılmasına yol verməz. Lakin prezident seçkilərin tarixi barədə bir söz deməyib. Bu arada, onun istefası çağırışları ilə nümayişlər davam edir. Nümayişlər Körfəz Əməkdaşlıq Şurasının Yəməndə iğtişaşlara son qoyumasına dair razılığından sonra keçirilib. Razılığa əsasən prezident 30 gün ərzində istefa versə, məsuliyyətə cəlb edilməyəcək.

XS
SM
MD
LG