Accessibility links

Yəmən prezidenti rəqiblərinin dəyişikliyə seçkilər yolu ilə nail olmalıdılar deyib


Yəmən prezidenti rəqiblərinin dəyişikliyə seçkilər yolu ilə nail olmalıdılar deyib

Yəmən prezidenti rəqiblərinin dəyişikliyə seçkilər yolu ilə nail olmalıdılar deyib

O təkidlə 2013-cü ildə bitəcək yeddi illik prezidentlik müddətində hakimiyyətdə qalacağını deyib

Yəmənin uzun müddət hakimiyyətdə olan prezidenti bir həftədən artıqdır sürən hökumət əleyhinə nümayişlərə cavab verərək deyib ki, rəqiblər dəyişikliyə seçkilər yolu ilə nail olmalıdır.

Bu gün keçirilən yeni konfransda ƏliAbdulla Saleh Yəmən müxalifətini onun istefası kimi qəbuledilməz tələblər irəli sürməkdə itiham edib.

O təkidlə 2013-cü ildə bitəcək yeddi illik prezidentlik müddətində hakimiyyətdə qalacağını deyib. Cənab Saleh 1978-ci ildən hakimiyyətdədir.

Bu gün Yəmənin yüzlərlə müxalifət fəalı paytaxt Sanada meydanda toplaşaraq, cənab Salehin hakimiyyətdən getməsini tələb edib və demokratik islahatlara çağırıblar.

Son günlər hökumətəleyhinə nümayişlər Taiz və Ədən şəhərlərində də baş qaldırıb. Həkimlər bu gün polislərin Ədəndə nümayişçilərə atəş açdığını bildirib.

XS
SM
MD
LG