Accessibility links

Yəmən prezidentinin istefaya gedib-getməyəcəyi məlum deyil (yenilənib)


Yəmən prezidentinin istefaya gedib-getməyəcəyi məlum deyil (yenilənib)
Yəmən prezidentinin istefaya gedib-getməyəcəyi məlum deyil (yenilənib)

Bu gün minlərlə qəzəbli insanın nümayiş keçirməsinə baxmayaraq, Yəmən prezidentinin hakimiyyəti təhvil verib-verməyəcəyi və ya nə vaxt verəcəyi aydın olmayıb.

Sanadakı prezident sarayının həyətində cənab Əli Abdulla Saleh altı ölkədən təşkil olunan Körfəz Əməkdaşlıq Şurasının hökumətəleyhinə üsyanların dayandırılması və onun hakimiyyəti tərk etmə prosesini tezləşdirməsi təkliflərinə dair etdikləri səyləri dəyərləndirdiyini bildirib.

Prezident Əli Abdulla Saleh deyib ki, onun hökuməti Körfəz təşkilatının keçid təklifinin ölkə Konstitusiyana uyğun olub-olmadığını qiymətləndirəcək.

Altı ölkədən təşkil olunan Körfəz Əməkdaşlıq Şurası prezident Salehin istefa verməsi və 3 ay ərzində yeni seçkilər keçirilməsi də daxil olan planı açıqlamasından bir gün sonra prezident paytaxt Sanada nümayiş keçirən tərəfdarlarına müraciət edib.

Yəmən dövlət televiziyasında yayımlanan çıxışında o, tərəfdarlarına hökumətinin xalqın birliyini qorumaq və vətəndaş qırğınından yayınmağa çalışdığını deyib.

XS
SM
MD
LG