Accessibility links

Yəmən prezidenti sazişi imzalamaqdan boyun qaçırdı


Yəmən prezidenti sazişi imzalamaqdan boyun qaçırdı

Yəmən prezidenti sazişi imzalamaqdan boyun qaçırdı

İran Körfəzi dövlətlərinin rəsmiləri deyirlər ki, Yəmən prezidenti Əli Abdullah Salehin hakimiyyətdən getməsinə yol açacaq sazişin imzalanması qeyri-müəyyən müddətə təxirə salınıb. Bu, prezidentin sazişi şəxsən imzalamaqdan boyun qaçırmasından sonra baş verib.

Altı dövlətin daxil olduğu Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) rəsmiləri bildiriblər ki, qurumun xarici işlər nazirləri böhranı müzarkitə etmək üçün Riyadda bir araya gələcəklər.

Vasitəçilər bildirir ki, cənab Saleh razılığı hakim Ümummilli Xalq Konqresinin lideri kimi imzalamağa razılıq vermişdi, prezident qismində yox. Şuranın baş katibi Əbdül Lətif əl Zayyani cənab Salehin imzasını əldə etmədən Yəməni tərk edib.

Yəmən prezidentinin sazişi sabah Riyadda keçiriləcək rəsmi mərasimdən öncə imzalayacağı gözlənilirdi. Bu arada Yəmən müxalifəti ümid etdiyini bildirib ki, KƏŞ cənab Salehin imzasını əldə etməyə nail olacaq.

XS
SM
MD
LG