Accessibility links

Yəmən prezidenti tərəfdarlarını küçələrə çıxmağa çağırdı


Yəmən prezidenti tərəfdarlarını küçələrə çıxmağa çağırdı
Yəmən prezidenti tərəfdarlarını küçələrə çıxmağa çağırdı

Yəmən prezidenti Əli Abudllah Saleh öz tərəfdarlarını paytaxt Sənanın küçələrinə çıxmağa çağırıb. Dövlətə məxsus Saba xəbər agentliyi deyir ki, cənab Salehin çağırdığı “həmrəylik” nümayişində qəbilə liderləri, mollalar, gənclər və fermerlər iştirak edəcək.

Minlərlə adam bu gün Sənada nümayiş keçirərək Salehin 32 illik hakimiyyətinə dərhal son qoyulmasını tələb ediblər. Bir neçə ordu zabiti nümayişçilərə qoşulub. Son günlərdə müxalifət sıralarına çox sayda siyasətçi, diplomat və ordu zabitləri qoşulublar.

Anti-hökumət fəalları cənab Salehi müxalifətçilərin kütləvi qətlini təşkil etməkdə günahlandırır. Prezident Saleh 2013-cü ildə hakimiyyətdən getməyə söz verib. Lakin müxalifət onun vədini rədd edir.

XS
SM
MD
LG