Accessibility links

Yəmən prezidenti vətəndaş müharibəsinə yol verməyəcəyini bəyan edib


Yəmən prezidenti vətəndaş müharibəsinə yol verməyəcəyini bəyan edib
Yəmən prezidenti vətəndaş müharibəsinə yol verməyəcəyini bəyan edib

Yəmən prezidenti Əli Abdulla Saleh ölkədə vətəndaş müharibəsinə imkan verməyəcəyini bildirib. Prezident Saleh bu açıqlamaları Sanaada hökumət qüvvələri və nüfuzlu tayfa başçısının tərəfdarları arasında üçüncü gündür toqquşmaların davam etdiyi zaman verib. Tayfa başçısı cənab Salehin dərhal vəzifədən getməsini tələb edən müxalifət hərəkatına qoşulub. Yəmən prezidenti habelə söz verib ki, ona qarşı etrazlara və hökumət qüvvələri ilə müxalifət arasında toqquşmalara baxmayaraq o, prezident olaraq qalacaq.

XS
SM
MD
LG