Accessibility links

Yəmən prezidenti zorakılıqlardan yayınmağa çağırıb


Yəmən prezidenti zorakılıqlardan yayınmağa çağırıb

Yəmən prezidenti zorakılıqlardan yayınmağa çağırıb

Yəmən prezidenti öz təhlükəsizlik qüvvələrini onun istefasına çağıran nümayişçiləri qorumağa çağırıb. Dövlətə məxsus Saba xəbər agentliyi bildirir ki, prezidenti Əli Abdullah Saleh təhlükəsizlik qüvvələrinə öz tərəfdarları ilə müxalifətçilər arasında toqquşmaların qarşısını almağa göstəriş verib. Yüzlərlə qadın tələbə və fəal paytaxtda yürüş keçirərək Səna Universiteti yaxınlığındakı meydana çadırlar salmış nümayişçilərə qoşulublar. Açıqladığı bəyanatda cənab Saleh hər iki tərəfi zorakılıqlardan çəkinməyə çağırıb.

XS
SM
MD
LG