Accessibility links

Yəmən prezidentinin səhhətinin ağır olduğu deyilir


Yəmən prezidentinin səhhətinin ağır olduğu deyilir
Yəmən prezidentinin səhhətinin ağır olduğu deyilir

Əldə olunan yeni məlumatlara əsasən Yəmən prezidenti Əli Abdullah Salehin səhhəti o qədər pisdir ki, yaxın aylarda onun vətənə qayıdacağı gözlənilmir.

Yəmən lideri prezident iqamətgahına edilən bomba hücumundan sonra bədəninin 40 faizində yanğılar alaraq Səudiyyə Ərəbistanına təxliyyə edildi. Riyadda yaşayan yəmənli cənab Salehin sağlıq durmunun kafi olduğunu deyərək onun ciddi ağ ciyər problemlərindən əziyyət çəkdiyini əlavə edib.

Deyilənlərə görə cənab Saleh üzərində uğurlu tibbi əməlkiyyat keçirilib, lakin onun yaralarının sağalması aylarla vaxt apara bilər.

Prezidentin on minlərlə tərəfdarı onun reanimasiya şöbəsindən çıxmasını küçələrdə bayram ediblər. Lakin Sənada başqa bir qrup nümayişçi Salehin 33 illik hakimiyyətinə son qoyulmasına çağırıb.

XS
SM
MD
LG