Accessibility links

Yəmən qəbilə üzvləri ilə təhlükəsizlik qüvvələri arasında toqquşma olub


Yəmən qəbilə üzvləri ilə təhlükəsizlik qüvvələri arasında toqquşma olub
Yəmən qəbilə üzvləri ilə təhlükəsizlik qüvvələri arasında toqquşma olub

Yəmən paytaxtı Səna şəhərində təhlükəsizlik qüvvələri ilə müxalif qəbilə başçısına sadiq qüvvələr arasında qarşıdurma olub.

Şahidlərin sözlərinə görə, Şeyx Sadiq Əl-Əhmarın başçısı olduğu qəbilənin yüzlərlə üzvü hökumər qüvvələrinin mühafizə etdiyi Hasaba məhəlləsinə daxil olmağa çalışıb. Toqquşma zamanı onlarla insanın öldüyü bildirilir.

Atışma intensivləşdiyindən və hava limanına doğru istiqamət aldığından bir çox uçuşlar təxirə salınıb.

Taiz şhərində isə qoşunlar prezident Əli Abdulla Salehin istefasını tələb edən nümayişçilərə atəş açıb. Taizdə son günlər baş verən zorakılıqlar nəticəsində azı 25 nəfər həlak olub.

Yəməndəki hadisələr ölkədəki bir çox diplomatic missiyaların fəaliyyətini dayandırmasına səbəb olub. Artıq Küveyt, İtaliya, Qətər və Almaniya ölkədəki bütün diplomatlarını geri çağırıb.

XS
SM
MD
LG