Accessibility links

Yəmən rəsmiləri prezident Salehin körfəz ölkələrinin planını qəbul etdiyini bildirir

  • Amerikanın səsi

Yəmən rəsmiləri prezident Salehin körfəz ölkələrinin planını qəbul etdiyini bildirir

Yəmən rəsmiləri prezident Salehin körfəz ölkələrinin planını qəbul etdiyini bildirir

Yəmən hökumətinin rəsmilərinin bildirdiyinə görə, prezident Əli Abdulla Saleh Körfəz Ölkələri Əməkdaşlıq Şurasının təkliflərini qəbul edərək, hakimiyyəti təhvil verib, 30 gün ərzində istefa verməyə razı olub. Rəsmilər bildirib ki, Yəmən hökuməti prezident Salehin planı qəbul etdiyini altı ölkənin təmsil olunduğu şuraya çatdırıb. Bu həftənin əvvəli təqdim edilmiş planda prezident Salehin hakimiyyəti müavininə təhvil verməsi və iki ay ərzində birlik hökumətinin formalaşdırılmasına çağırılır. İqtidar partiyasının üzvləri birlik hökumətinin yarısını, müxalifət isə 40 faizini təşkil edəcək, qalan hissə müstəqil tərəflər üçün ayrılacaq.

XS
SM
MD
LG