Accessibility links

Yəmən prezidenti müxalifət təmsilçiləri ilə müzakirələrə razılıq verib

  • Amerikanın səsi

Yəmən prezidenti müxalifət təmsilçiləri ilə müzakirələrə razılıq verib

Yəmən prezidenti müxalifət təmsilçiləri ilə müzakirələrə razılıq verib

Yəmən prezidenti Əli Abdulla Saleh Körfəz Əməkdaşlıq Şurasının Səudiyyə Ərəbistanında müxalifət təmsilçiləri ilə müzakirələrə razılıq verib. Müxalifət qrupları danışıqları alğışlayıb. Yəmənin bəzi hərbi liderləri Salehə dəstək verməkdən imtina edibYəmənin təhlükəsizlik qüvvələri ölkə boyu sayıqlığı artırdıqları bir vaxt prezident Əli Abdulla Salehin istefası tələbi ilə nümayişlər davam edir. Şahidlərin dediyinə görə, dünən Taiz şəhərində 17 nəfərin ölümü ilə nəticələnən qarşıdurmadan sonra bu gün də mülki paltar geymiş təhlükəsizlik qüvvələri hökumətə qarşı olan etirazçılara atəş açıb. Bu gün eləcə də paytaxt Səna və Qırmızı dəniz sahilindəki Hodeyda şəhərində təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurma olub. Bazar ertəsi Hodeyda şəhərində təhlükəsizlik qüvvələri prezident sarayına üz tutan nümayişçilərə atəş açaraq, 6 nəfəri öldürmüşlər.

XS
SM
MD
LG