Accessibility links

Yəməndə 20 əsgər həlak olub

  • Amerikanın səsi

Yəməndə 20 əsgər həlak olub

Yəməndə 20 əsgər həlak olub

Yəmən rəsmiləri ölkənin cənubunda hökumət təyyarəsinin səhv hədəfi bombalaması nəticəsində 20 əsgərin həlak olduğunu bildirir.

Associated Press xəbər verir ki, əsgərlər köhnə məktəb binasına sığınmışdılar.

Dünən baş verən insidentin detalları aydın deyil.

Fransa xəbər agentliyi bildirir ki, hava zərbələrinin ardınca Əl-Qaida döyüşçüləri məktəb binasına hücum edərək daha çox əsgər öldürüblər.

Hadisənin qaynar Zincibar şəhəri yaxınlığında baş verdiyi deyilir. Hökumət qüvvələri artıq bir müddətdir ki, bu məntəqə üzərində nəzarəti ələ almağa çalışırlar.

XS
SM
MD
LG