Accessibility links

Yəməndə atışma zamanı iki nəfər həlak olub


Yəməndə atışma zamanı iki nəfər həlak olub
Yəməndə atışma zamanı iki nəfər həlak olub

Yəmən paytaxtı Sənada şahidlər və səhiyyə rəsmiləri şəhərdə baş verən atışmada iki mülki vətəndaşın öldüyünü deyirlər. Şahidlərin sözlərinə görə, bu gün minomyot atəşi nəticəsində bir nəfəri yaralanıb. Minomyot atəşinin kimlər tərəfindən açıldığı məlum deyil.

Hökumət qüvvələri qəbilə lideri Şeyx Sadek əl-Əhmarın tərəfdarları və general Əli Mohsen əl-Ahmarın müxalifət döyüşçüləri ilə döyüşlər aparır. Paytaxtda son həftələr toqquşmaların sayının artdığı müşahidə edilir.

XS
SM
MD
LG