Accessibility links

Yəməndə yeddi nümayişçi yaralanıb


Yəməndə yeddi nümayişçi yaralanıb

Yəməndə yeddi nümayişçi yaralanıb

Yəmən polisi cənubi Ədən şəhərindəyeddi anti-rejim nümayişçisini güllə ilə vuraraq yaralayıb. Dünən paytaxt Sənada nümayiş zamanı 52 adam öldürülmüşdü.

Cümə günü Yəmən prezidenti Əli Abdullah Salehin bütün ölkə boyu fövqəladə vəziyyət elan etməsindən sonra təhlükəsizlik qüvvələri və hökumət loyalistləri Sənanın mərkəzi meydanında toplaşan nümayişçilərə atəş açdılar. Həkimlər dünəndən bəri ölənlərin sayının 40-dan 52-yə yüksəldiyini deyirlər. Yüzdən artıq adam yaralanıb.

Şahidlər deyirlər ki, cümə namazından sonra Salehin 32 illik hakimiyyətinə son qoyulmasını tələb edən insanlara binaların damlarından atəş açılıb. Anti-hökumət nümayişləri Taiz və Ədəndə vüsət alıb.

Dünya qüdrətləri Yəməndəki zorakılıqları pisləyiblər.

XS
SM
MD
LG