Accessibility links

Yəməndə birlik hökuməti təşkil edilib

  • Amerikanın səsi

Yəməndə birlik hökuməti təşkil edilib

Yəməndə birlik hökuməti təşkil edilib

Yəməndə birlik hökuməti təşkil edilib. Bu gün and içərək vəzifəyə başlayan yeni hökumət fevral ayında keçiriləcək prezdent seçkilərinə hazırlıq görməlidir.

Reuters xəbər agentliyinin bildirdiyinə görə, bu gün hökumət vitse-prezident Əbdül Rabuh Mənsur Hadi ilə ilk görüşünü keçirib. Cənab Hadi yeni hökuməti siyasi fikir ayrılıqlarını kənara qoyub, diqqətləri mühüm məsələlərə yönəltməyə çağırıb. 35 üzvlü kabinet veteran siyasətçi Məhəmməd Basindva tərəfindən idarə ediləcək. Nazir vəzifələri prezident Əli Abdulla Salehin tərəfdarları və müxalifət nümayəndələr arasında tən bölünüb. Salehin tərəfdarları müdafiə, xarici işlər, neft, müxalifət isə daxili, maliyyə və informasiya nazirliklərinə rəhbərlik edəcək.

XS
SM
MD
LG