Accessibility links

Yəməndə etirazçılar prezidentin dərhal istefa verməsini istəyir


Yəməndə etirazçılar prezidentin dərhal istefa verməsini istəyir

Yəməndə etirazçılar prezidentin dərhal istefa verməsini istəyir

Yəmən paytaxtında hökumət əleyhdarı nümayişçilər etiraz aksiyalarını davam etdirərək, president Əli Abdulla Salehin dərhal ölkəni tərk etməsini tələb ediblər. Nümayişlər cənab Salehin Körfəz Ərəb Təşəbbüsünü qəbul etməsindən bir sonra keçirilib. Təşəbbüsə görə, o, hakimiyyəti təhvil verməli və 30 gün ərzində istefa verməlidir.

7 müxalifət partiyasının yaratdığı koalisiya bildirib ki, onlar sazişi qəbul etsə də, cənab Saleh hakimiyyətdə olduğu müddət ərzində birlik hökumətinə qoşulmağı rədd edirlər. Bu gün Sənadakı nümayişçilər razılığa skeptic yanaşdıqlarını bildiriblər. Onlardan bəziləri müxalifət partiyaları tərəfindən təmsil olunmadıqlarını bildiriblər.

Nümayişçilər habelə cənab Saleh və onun ailə üzvlərinin məhkəmə qarşısına çıxarılmasını istəyirlər. Körfəz razılığına əsasən isə Saleh və ailəsi toxunulmazlıq hüququna malik olacaq.

XS
SM
MD
LG