Accessibility links

Yəməndə həbsxanaya hücum olub (Yenilənib)

  • Nərminə Cəlalqızı

Yəməndə həbsxanaya hücum olub (Yenilənib)

Yəməndə həbsxanaya hücum olub (Yenilənib)

Yəmənin təhlükəzislik rəsmilərinin bildirdiyinə görə, bu gün ölkənin cənubundakı Mukalla həbsxanasına edilən hücumdan sonra Əl-Qaidə ilə əlaqəsi olduğu deyilən 60-a yaxın yaraqlı həbsxanadan qaçmışdır. Rəsmilər silahlı şəxslərin həbsxana gözətçilərinə hücum etdiyini və atışma zamanı bir gözətçinin öldüyünü, ikisinin isə yaralandığını deyirlər. Yəməndə siyası böhranın baş qaldırdığı müddət ərzində üsyançılar bir neçə belə hücumlar həyata keçiriblər. Bazr günü Zincibar şəhərində yaraqlılarla Yəmən əsgərləri arasında baş verən atışma zamanı 12 Əl-Qaidə yaraqlısının və iki əsgərin öldüyü xəbər verilmişdi.

XS
SM
MD
LG