Accessibility links

Yəməndə hökumət əleyhinə nümayişçilər hökumət tərəfdarları ilə toqquşublar


Yəməndə hökumət əleyhinə nümayişçilər hökumət tərəfdarları ilə toqquşublar

Yəməndə hökumət əleyhinə nümayişçilər hökumət tərəfdarları ilə toqquşublar

Yəmən polisi iki tərəfi biri birindən ayırmaq üçün bəzi tələbələrin universitetdən çıxmalarının qarşısını almalı olub

Dəyənəklər və xəncərlərlə silahlanmış yüzlərlə hökumət tərəfdarı Yəmən paytaxtı Sanada altıncı gündürki hökumət əleyhinə nümayişlər keçirən tələblərə hücum etmişlər. Tələbələr cavab olaraq hücumçuları daşa basmışlar.

Yüzlərlə tələbə bu gün Səna Universitetindən şəhərin mərkəzinə yürüyərkən baş verən toqquşma zamanı azı dörd nəfər yaralanıb. Yəmən polisi iki tərəfi biri birindən ayırmaq üçün bəzi tələbələrin universitetdən çıxmalarının qarşısını almalı olub.

Müxalifət nümayişçiləri Misirdə 18 günlük üsyandan ilhamlanaraq Səna şəhərində ötən cümə günü prezident Əli Abudllah Saleh əleyhinə nümayişlərə başlamışlar. Lakin Saleh tərəfdarları hər gün müxalifət nümayişçilərinə qarşı çıxaraq tez-tez qarşıdurma yaradırlar.

XS
SM
MD
LG