Accessibility links

Yəməndə hökumət əleyhinə nümayişlər davam edir


Yəməndə hökumət əleyhinə nümayişlər davam edir
Yəməndə hökumət əleyhinə nümayişlər davam edir

Hökumət əleyhinə nümayişçilər paytaxtda Sana universitetinin qarşısında toplaşarkən hökumət tərafdarları ilə toqquşublar

Yəməndə prezident Əli Abdulla Salehin istefası şüarı ilə davam edən nümayişlərin yeddinci günü hökumət tərəfdarları nümayişçilərlə toqquşub.

Şahidlər hökumət əleyhinə nümayişçilərin paytaxtda Sana universitetinin qarşısında toplaşarkən dəyənəklərlə və xəncərlərlə silahlanmış hökumət tərafdarları ilə toqquşduğunu bildirir.

Dünən tələbə nümayişçilər universitetin qarşısından şəhərin mərkəzinə qədər yürüş keçirmək istəyərkən baş verən oxşar toqquşma zamanı da azı dörd nəfər yaralanıb. Tələbələr onlara hücum edənlərə daşa ataraq, universitetdən başladıqları yürüşə davam edəcəklərini deyiblər.

XS
SM
MD
LG