Accessibility links

Yəməndə şiə yaraqlıları ilə dövlət yönümlü qəbilələr arasında olan toqquşma 34 nəfərin ölümü ilə nəticələnib

Houti yaraqlıları sosial iqtisadi və dini ayrı-seçkilikdə hökuməti təqsirləndirir

Yəmən rəsmiləri bildirib ki, ölkənin şimalında şiə yaraqlıları ilə dövlət yönümlü qəbilələr arasında ötən üç gündə olan toqquşma 34 nəfərin ölümü ilə nəticələnib. Harf Süfyan vilayətində Houti yaraqlıları və dövlət yönümlü Əziz qəbiləsi arasında baş verən toqquşmada azı 28 nəfər həlak olib. Dünən axşam Saadda baş verən başqa bir insident zamanı isə təhlükəsizlik rəsmisi bildirib ki, Houti yaraqlıları pusqu quraraq, qəbilə başçısını, onun oğlunu və başqa dörd nəfəri qətlə yetiriblər. Houtilər təcavüzə məsuliyyət daşımadıqlarını bildirblər. Altı illik münaqişədən sonra fevral ayında Yəmən hökuməti Houtilərlə barışıq əldə ediblər. Lakin qeyri-sabitlik Yəmən və qonşu Səudiyyə Ərəbistanı üçün təhlükə yaradər. Ötən il yaraqlıların sərhəd ərazisini zəbt etməsindən sonra Səudiyyə Ərəbistanı da tədricən münaqişəyə cəlb olub. Houti yaraqlıları sosial iqtisadi və dini ayrı-seçkilikdə hökuməti təqsirləndirir. Hökumət ittihamları rədd edir.

XS
SM
MD
LG