Accessibility links

Yəməndə Əl-Qaidə ilə əlaqəsi olan fransalı bir şəxsi saxlanılıb


Yəməndə Əl-Qaidə ilə əlaqəsi olan fransalı bir şəxsi saxlanılıb

Yəməndə Əl-Qaidə ilə əlaqəsi olan fransalı bir şəxsi saxlanılıb

Təhqiqatçılar deyir ki, o, Səna Ərəb dili İnstitutunda təhsil alırdı

Yəmən təhlükəsizlik rəsmiləri deyir ki, hüquq-mühafizəçiləri Əl-Qaidə ilə əlaqəsi olan fransalı bir şəxsi saxlayıblar. Rəsmilərin sözlərinə görə, onlar Ceremi Conni Vitteri may ayının sonunda paytaxt Sənada nəzarət altına alıblar. Təhqiqatçılar deyir ki, o, Səna Ərəb dili İnstitutunda təhsil alırdı. Keçən il dekabrın 25-də ABŞ hava yollarına məxsus təyyarədə hücum həyata keçirməyə cəhd göstərən nigeriyalı Ömər Faruk Əbdülmütəlləb də bu təhsil ocağında oxuyurdu. Bu hücum cəhdindən sonra Yəmən rəsmiləri Əl-Qaidə ilə təmasda olmaqda şübhəli bilinən onlarla əcnəbini nəzarət altına alıb. Onlardan biri də amerikalıdır. ABŞ-da baş tutmamış hücuma görə məsuliyyəti Əl-Qaidə qrupunun Ərəbistan yarımadasındakı qolu öz üzərinə götürəndən sonra Yəməndə Əl-Qaidə əleyhinə kampaniya intensivləşib.

XS
SM
MD
LG