Accessibility links

Yəməndə müxalifət də Körfəz ölkələrinin təklifini qəbul etdi


Yəməndə müxalifət də Körfəz ölkələrinin təklifini qəbul etdi

Yəməndə müxalifət də Körfəz ölkələrinin təklifini qəbul etdi

Prezident Əli Abdulla Salehin hakimiyyətinə son qoyacaq bu plan bir aydır davam edən iğtişaşlardan sonra siyasi dəyişiklilərə yol açır

Yəmənin müxalifət koalisiyası Körfəz ölkələrinin təklif etdiyi planı qəbul edib. Prezident Əli Abdulla Salehin hakimiyyətinə son qoyacaq bu plan bir aydır davam edən iğtişaşlardan sonra siyasi dəyişiklilərə yol açır.

Həftələrdir davam edən etiraz aksiyaları bu təklifə gətirib çıxarmışdı. Cənab Salehin 30 gün ərzində səlahiyyətini təhvil verməsini təklif edən plan rəsmən həm prezident, həm də müxalifət tərəfindən qəbul olunub. Ondan sonra isə keçid hökumətinə cənab Salehin təyin edəcəyi vitse-prezidenti rəhbərlik edəcək. 60 gündən sonra isə növbədənkənar prezident seçkiləri keçiriləcək.

XS
SM
MD
LG