Accessibility links

Yəməndə nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında yeni toqquşma


Yəməndə nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında yeni toqquşma
Yəməndə nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında yeni toqquşma

Yəməndə dünən hökumət əleyhinə nümayişlər zamanı 9 nəfərin öldürülməsindən sonra bu gün təhlükəsizlik qüvvələri və nümayişçilər arasında yeni qarşıdurma baş verib.

Xəbər agentlikləri deyir ki, Yəmənin əsas sənaye şəhəri Taizdə hökumət qüvvələrinin nümayişçilərə atəş açması nəticəsində ən azı 10 nəfər yaralanıb. Şəhər günlərdir mühasirədə idi.

Dünən də qüvvələr president Əli Abdulla Salehin istefasını tələb edən on minlərlə nümayişçiyə atəş açıb. Ən azı 9 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir.

Bu həftənin əvvəli Körfəz ölkələrinin nümayəndəkəri Yəmən hökumətini və müxalifət liderlərini prezident Salehin istefasına çağıran sazişə imza atmağa səsləmişdi.

XS
SM
MD
LG