Accessibility links

Yəmən paytaxtı Səna üçüncü gün ardıcıl olaraq etiraz aksiyalarına səhnə olub. Nümayişçilər prezident Əli Abdullah Salehin istefasını tələb edirlər. Bu gün polislə bir neçə yüz universitet tələbəsi arasında toqquşma baş verib. Nümayişçilər prezident sarayına doqöu yürüş etməyə çalışırdılar. Onlardan bəziləri dəyənəklərlə vurulub. Nümayişlər habelə Yəmənin Taiz şəhərində baş qaldırıb. Burada 120 nümayşçi həbsə alınıb. Misirdə baş verən nümayişlər ki, Yəməndə də nümayişçilərin hədəfi ölkəni 30 ildən çox idarə etmiş Salehi devirməkdir.

XS
SM
MD
LG