Accessibility links

Yəməndə nümayişlər ara vermir


Yəməndə nümayişlər ara vermir
Yəməndə nümayişlər ara vermir

On minlərlə anti-hökumət nümayişçi Yəmən paytaxtı Sənada nümayiş keçirib. Bu arada Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) xarici işlər nazirləri vasitəçilik səyləri həyata keçirmək üçün Səudiyyə Ərəbistanına gəliblər.

Prezident Əli Abdullah Saleh ilkin olaraq KƏŞ-in hökumətlə müxalifət arasında danışıqlar təklifini qəbul etmişdi. Lakin Yəmən prezidenti Qatar baş nazrinin Salehin vəzifədən gedəcəyinə ümid bəslədiyini deməsindən sonra bu təklifi rədd edib.

Səudiyyə Ərəbistanl, Birləşmiş Ərəb Əmirlikləri, Qatar, Oman, Küveyt və Bəhreyn nümayəndələri cənab Salehin ilkin cavablarını nəzərdən keçirirlər. Dünən Yəmən Qatardakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

XS
SM
MD
LG