Accessibility links

Yəməndə on minlərlə adam küçələrə axışıb


Yəməndə on minlərlə adam küçələrə axışıb
Yəməndə on minlərlə adam küçələrə axışıb

Yəməndə prezident Əli Abdullah Saleh istefa vermək təklifini rədd etdikdən sonra on minlərlə adam küçələrə axışıb. Nümayişlərdən biri dünən zorakılıqlar əsnasında dörd adamın öldüyü Taiz şəhərində keçirilib. Şahidlər dünənki insidentdə əlavə onlarla adamın yaralandığını bildirib.

Nümayişçilər habelə liman şəhəri Ədəndə toplaşıblar.

Bu arada Yəmən Qatardakı səfirini geri çağırıb. Yəmən hökuməti bu addımı Qatarın baş naziri altı üzvlük Körfəz Əməkdaşlıq Şurasının prezident Salehin istefası üçün müraciət üzərində razılığa gəlinməsinə ümid bəslədiyini deməsindən sonra atıb.

XS
SM
MD
LG