Accessibility links

Yəməndə onlarla nümayişçi yaralanıb


Yəməndə onlarla nümayişçi yaralanıb
Yəməndə onlarla nümayişçi yaralanıb

Müxalifətçilər nə qədər ki, cənab Saleh hakimiyyətdədir vahid hökumət təklifinə qoşulmayacaqlarını bildiriblər

Yəməndə şahidlərin bildirdiklərinə görə təhlükəsizlik qüvvələri minlərlə hökumət əleyhinə nümayişçilərə qarşı güllə və gözyaşardıcı qazlar istifadə edib. Nəticədə onlarla insanı yaralanıb.

Toqquşma bazar ertəsi Taiz şəhərində prezident Əli Abdulla Salehin dərhal hakimiyyəti tərk etməsi tələbi ilə keçirilən nümayişlər zamanı baş verib. Aksiya cənab Salehin Körfəz Ərəb təşəbbüsünə əsasən müxalifətlə rəsmi razılıq əldə etdikdən sonra 30 gün ərzində hakimiyyəti tərk etməsi təklifini qəbul etməsindən sonraya təsadüf edib.

Yeddi müxalifət partiyasından ibarət koalisiya 6 üzvlü Körfəz Əməkdaşlıq Şurasının vasitəçiliyi ilə əldə edilən qərarı qəbul etdiyini bildirib. Lakin onlar nə qədər ki, cənab Saleh hakimiyyətdədir vahid hökumət təklifinə qoşulmayacaqlarını bildiriblər.

XS
SM
MD
LG