Accessibility links

Yəməndə prezident seçkiləri təxirə salına bilər

  • Amerikanın səsi

Yəməndə prezident seçkiləri təxirə salına bilər

Yəməndə prezident seçkiləri təxirə salına bilər

Yəmənin xarici işlər naziri Əbu Bəklr Əl-Qirbinin bildirdiyinə görə, gələn aya planlaşdırılan prezident seçkiləri təhlükəsizlik problemlərinə görə təxirə salına bilər. Əl-Ərəbiyə telekanalına müsahibə verən nazir deyib ki, təhlükəsizlik məsələləri həll edilməyincə fevralın 21-i seçkilərinin baş tutması çətin olacaq.

Əl-Qirbinin dedikləri Əl-Qaidə yaraqlılarının Rədda şəhərinin nəzarətini ələ keçirməsindən bir neçə gün sonraya təsadüf edir.

Seçkilər Körfəz ölkələrinin razılığına əsasən təşkil edilməlidir. Sənədə əsasən prezident Əli Abdulla Saleh səlahiyyətlərini vitse-prezident Abed Rabbo Mənsur Hadiyə təhvil verib.

XS
SM
MD
LG