Accessibility links

Yəməndə sursat anbarı partlayıb


Yəməndə sursat anbarı partlayıb
Yəməndə sursat anbarı partlayıb

Yəmən rəsmiləri deyirlər ki, cənubi Abyan vilayətində sursat anbarının partlaması nəticəsində azı 110 adam ölmüş, onlarla adam yaralanmışdır.

Partlayışlar Caar qəsəbəsinin sakinləri anbara daxil olaraq onu qarət etməyə çalışarkən baş verib. İnsident İslamçıların anbarı ələ keçirməsindən bir gün sonra baş verib. Militantlar obyektdən sursat götürdükdən sonra bazar günü oranı tərk etmişdilər.

Yəmən dövlət mediası fəlakətə görə Əl-Qaidanı günahlandırıb. Medianın bildirdiyinə görə anbara reyd keçirən militantlar mülki vətəndaşları tələyə salıblar.

XS
SM
MD
LG