Accessibility links

Yəməndə hökumət qüvvələri azı yeddi nəfəri öldürüb

  • Amerikanın səsi

Yəməndə hökumət qüvvələri azı yeddi nəfəri öldürüb

Yəməndə hökumət qüvvələri azı yeddi nəfəri öldürüb

Yəməndə tibb rəsmiləri hökumət qüvvələrinin paytaxt Sənada azı yeddi nəfəri öldürdüklərini bildirir. Prezident Əli Abdulla Salehin əleyhinə yeddi ay sürən nümayişlər son üç gündə xeyli zorakı xarakter alıb. Bu gün təhlükəsizlik qüvvələri ilə nümayişçilər və müxalifət qoşunları arasında baş verən qarşıdurma zamanı şəhərdə ağır artileriya və atəş səsləri eşidilib. Şahidlərin sözlərinə görə nümayişçilərin toplaşdığı Change meydanında divar çöküb. Rəsmilər deyib ki, həlak olan üç əsgər qarşıdurma zamanı mövqelərini dəyişərək nümayişçilərin tərəfinə keçmiş General Əli Mohsen əl-Ahmara sadiq qoşunların üzvləri olub.

XS
SM
MD
LG