Accessibility links

Yəməndə yüzlərlə etirazçı prezidenti istefaya çağırıb


Yəməndə yüzlərlə etirazçı prezidenti istefaya çağırıb
Yəməndə yüzlərlə etirazçı prezidenti istefaya çağırıb

Tələbələr və digər etirazçılar Səna Universitetində toplaşaraq hökumət əleyhinə şüarlar səsləndirib

Yəməndə yüzlərlə nümayişçi prezident Əli Abdulla Salehi on illərlə davam edən hakimiyyətindən əl çəkməyə çağırıb. Tələbələr və digər etirazçılar Səna Universitetində toplaşaraq hökumət əleyhinə şüarlar səsləndirib. Nümayişçilər Tunisdə prezident Zinə Əl Abidini Ben Əlini hakimiyyətdən devirən nümayişlərdən ruhlanıb. Fransa xəbər agentliyi yazır ki, bəzi tələbələr Tunisdəki çevrilişə işarə edərək “Yasəmən inqilabından öyrənin” yazılan plakatlar qaldırıb. Agentlik bildirir ki, eyni zamanda ölkədə prezidenti dəstəkləyən nümayiş də keçirilib.

XS
SM
MD
LG