Accessibility links

Yəməndə toqquşmalar zamanı 1 nümayişçi həlak olub


Yəməndə toqquşmalar zamanı 1 nümayişçi həlak olub
Yəməndə toqquşmalar zamanı 1 nümayişçi həlak olub

Bu gün habelə paytaxtın Mərkəzi həbsxanasında üsyan qaldıran məhbuslar 12 nəzarətçini girov götürüb

Yəmənin səhiyyə rəsmiləri deyir ki, mülki geyimli polis və təhlükəsizlik agentlərinin odlu silahdan atəş açması və göz yaşardıcı bombalar atması nəticəsində bir nümayişçi həlak olub.

Hadisə mülki geyimli agentlərin paytaxt Sənada insanların hökumət əleyhdarı nümayişçilərə qoşulmasının qarşısını aldığı zaman baş verib. Rəsmilər deyir ki, dünənki insident zamanı 80 nəfər xəsarət alıb. Minlərlə etirazçı Səna Universitetinin qarşısında bir neçə həftədir ki, çadırlar qurub, orada gecələyir. Onlar prezident Əli Abdulla Salehin 32 illik hakimiyyətinə son qoyulmasını tələb edirlər. Daha sonra ordu Universitet kompleksinə hücum edib. Hadisədən bir neçə saat əvvəl isə paytaxtın Mərkəzi həbsxanasında üsyan qaldıran məhbuslar 12 nəzarətçini girov götürüb və cənab Salehi istefaya çağırıb.

XS
SM
MD
LG