Accessibility links

Yəməndə yaraqlıların hökumət binalarına hücumları artır


Yəməndə yaraqlıların hökumət binalarına hücumları artır

Yəməndə yaraqlıların hökumət binalarına hücumları artır

Silahlı yaraqlılar Yəmənin cənub şəhəri olan Houtada hökumət binalarına hücum ediblər. Bu şəhərdə dünən də hücumlar olmuşdu.

Sakinlər Reuters xəbər agentliyinə deyib ki, əsas hücumlar təhlükəsizlik qüvvələrinin idarəsi binasına və şura ofislərinə qarşı olsa da, onların qarşısı alınıb.

Dünən Əl-Qaidə əlaqəsi olan Ənsar Əl-Şəriyə və ya Şəriyə Tərəfdarları Houtaya hücum edərək qısa müddət ərzində vilayətin paytaxtının əsas ərazilərini ələ keçirib və hökumətin təhlükəsizlik qüvvələri ilə döyüşüblər. Ancaq dünən də onların qarşısı alınmışdı.

Prezident Əli Abdulla Salehin yoxluğunda və ölkəboyu hökumət əleyhinə nümayişlərin başladığı bir vaxt bu hücumların həyata keçirilməsi İslamçı qrupların zorakılıqları artırması barədə narahatlıq yaradır.

XS
SM
MD
LG