Accessibility links

Yəmənda qarşıdurmalar davam edir


Yəmənda qarşıdurmalar davam edir
Yəmənda qarşıdurmalar davam edir

Yəmən təhlükəsizlik qüvvələri ilə qəbilələrdən ibarət müxalifət üzvləri arasında baş vermiş silahlı qarşıdurma zamanı 6 nəfər ölüb.

Toqquşma paytaxt Sənada qəbilə lideri Şeyx Sadiq Əl-Əhmarın evinin yaxınlığında baş verib. Mart ayında Əl-Əhmar prezident Əli Abdullar Salehin istefasını tələb edən müxalifət hərəkatına qoşulmuşdu. Dünənki insident zamanı ən azı 25 nəfər də yaralanıb.

Qeyd edək ki, cənab Salehə illərdir davam edən avtokratik hakimiyyətinə son qoyaraq dinc keçidi təmin etməsi üçün beynəlxalq təzyiqlər var.

XS
SM
MD
LG