Accessibility links

Yəməndən ABŞ-a ünvanlanan bomba-məktub partlamasına 17 dəqiqə qalmış zərərsizləşdirilib


Yəməndən ABŞ-a ünvanlanan bomba-məktub partlamasına 17 dəqiqə qalmış zərərsizləşdirilib
Yəməndən ABŞ-a ünvanlanan bomba-məktub partlamasına 17 dəqiqə qalmış zərərsizləşdirilib

Fransa rəsmilərinin bildirdiyinə görə, keçən həftə Yəməndən Birləşmiş Ştatlara ünvanlanan iki bomba-məktubdan birinin partlamasına 17 dəqiqə qalmış zərərsizləşdirilib. Bu gün Fransa televiziyasında çıxış edən daxili işlər naziri Bris Hortefö nə hadisə ilə bağlı detallara varmış, nə də partlayışın vaxtının hansı mənbələrdən əldə edildiyini demişdir. Lakin təhqiqatçılar keçən həftənin cümə günü Çikaqoya Britaniya və Ərəb Əmirliklərindən gələn yük təyyarələrindən aşkar edilən bombaların mobil telefonlara yerləşdirildiyini bildirmişlər.

XS
SM
MD
LG