Accessibility links

Yəmənin apellyasiya məhkəməsi Əl-Qaidə yaraqlılarına qarşı çıxarılan hökmü qüvvədə saxlayıb


Yəmənin apellyasiya məhkəməsi Əl-Qaidə yaraqlılarına qarşı çıxarılan hökmü qüvvədə saxlayıb

Yəmənin apellyasiya məhkəməsi Əl-Qaidə yaraqlılarına qarşı çıxarılan hökmü qüvvədə saxlayıb

Bir il bundan əvvəl həbs edilən 4 nəfər 2008-ci ildə iki belçikalı qadını qətlə yetirməkdə ittiham edilir

Yəmənin apellyasiya məhkəməsi hökumətə qarşı və qərbin maraqlarına hücumlarda əli olan 4 Əl-Qaidə yaraqlısına qarşı çıxarılan ölüm hökmünü qüvvədə saxlayıb. Məhkəmə həmçinin bu gün iki yaraqlıya qarşı çıxarılmış ölüm hökmünün 12 illik həbs cəzası ilə əvəz edilməsi və digər 5 məhbusun həbs müddətinin azaldılması barədə qərar qəbul edib.

Bir il bundan əvvəl həbs edilən və ölüm hökmü çıxarılan 4 nəfər 2008-ci ildə iki belçikalı qadını qətlə yetirməkdə ittiham edilir. Həmin qrup eləcə də 2008-ci ilin mart ayında Yəmənin paytaxtı Sənadakı qız məktəbinə edilən minomyot hücumlarının da məsuliyyətini öz üzərinə götrümüşdü. Əslində Yəməndəki ABŞ səfriliyini hədəf alan hücum zamanı azı 3 təhlükəsizlik işçisi qətlə yetirilmiş, uşaqlar da daxil edilməklə, bir neçə nəfər yaralanmışdı.

XS
SM
MD
LG