Accessibility links

Yəmənin Səna şəhərində etirazlar davam edir


Yəmənin Səna şəhərində etirazlar davam edir
Yəmənin Səna şəhərində etirazlar davam edir

Yəmənin səhiyyə rəsmiləri bildirirlər ki, təhlükəsizlik qüvvələri Səna şəhərində hökumətə qarşı etirazçıları atəşə tutmuş, nəticədə bir nəfər ölmüşdür. Rəsmilərin dediyinə görə, prezident Əli Abdulla Salehə sadiq qüvvələrin bu gün prezidentin istefasını tələb edən minlərlə nümayişçiyə qarşı hücumu zamanı azı 40 nəfər yaralanmışdır. Paytaxtda hərbi qüvvələrlə dissident əsgərlər arasında qarşıdurma baş verdiyi bildirilir.

Yəmən prezidenti Əli Abdulla Saleh dünən BMT Təhlükəsizlik Şurasının onun istefası barədə xəbərdarlığını müsbət qarşıladığını və danışıqlara hazır olduğunu bildirib.

XS
SM
MD
LG