Accessibility links

Yəmənin təhlükəsizlik qüvvələri ilə müxalifət tərəfdarları arasında qarşıdurmalar davam edir

  • Amerikanın səsi

Yəmənin təhlükəsizlik qüvvələri ilə müxalifət tərəfdarları arasında qarşıdurmalar davam edir

Yəmənin təhlükəsizlik qüvvələri ilə müxalifət tərəfdarları arasında qarşıdurmalar davam edir

Yəmənin təhlükəsizlik qüvvələri ilə müxalifət tərəfdarları arasında qarşıdurmalar davam edir. Paytaxt Sanaada hökumət qüvvələri nümayişçiləri atəşə tutub.Dünən minlərlə yəmənli cümə namazından sonra prezident Əli Abdulla Salehin istefası tələbi ilə nümayiş keçirib. Prezidentin iyun ayından bəri müalicə üçün getdiyi Səudiyyə Ərəbistanında olmasına baxmayaraq, o hələ də dövlət başçısı vəzifəsini icra edir. Paytaxt Sanaada nümayişçilər prezident əleyhinə şüarlar səsləndirib. Körfəz Əməkdaşlığı Şurası aprel ayında hökumət əleyhinə hərəkata son qoyulması üçün plan təklif etmişdi. Üç dəfə planla razılaşdığını bildirən prezident heç vaxt vədinə vədinə əməl etməyib. Associated Press Səudiyyə rəsmilərinə istinadən Salehin Yəmənə qayıtmayacağını bildirir.

XS
SM
MD
LG