Accessibility links

Yəməndə hökumət qüvvələri nümayişlərin qarşısını almağa çalışır


Yəməndə hökumət qüvvələri nümayişlərin qarşısını almağa çalışır

Yəməndə hökumət qüvvələri nümayişlərin qarşısını almağa çalışır

Bu gün Yəmən prezidenti Əli Abdulla Salehə qarşı keçirilən yürüşlər zamanı azı iki nəfərin öldüyü, beşinin isə yaralandığı bildirilir. Təhlükəsizlik qüvvələri Yəmənin sənaye şəhəri Taiz küçələrində artıq üçüncü gündür davam edən nümayişlərin qarşısını almağa çalışır. Hökumət tərəfdarı olan snayperlər nümayişçiləri hədəf alıblar. Xarici medianın məlumatlarında nümayişçilərə qarşı odlu silahlardan, gözyaşardıcı qazdan istifadə edildiyi, insanların təhlükəsizlik qüvvələri tərəfindən döyüldükləri bildirilir. Paytaxt Sənada və İbb şəhərində də toplaşan etirazçılar prezident Salehə qarşı şuarlar səsləndiriblər.

XS
SM
MD
LG