Accessibility links

Yəmənin vitse-prezidenti Əli Abdulla Salehin tezliklə vətənə dönəcəyini deyib (Yenilənib)


Yəmənin vitse-prezidenti Əli Abdulla Salehin tezliklə vətənə dönəcəyini deyib (Yenilənib)
Yəmənin vitse-prezidenti Əli Abdulla Salehin tezliklə vətənə dönəcəyini deyib (Yenilənib)

Yəmənin vitse-prezidenti Əbd Əl-Rab Mənsur Hadi dövlət mediasına yaralandıqdan sonra Səudiyyə Ərəbistanında cərrahiyə əməliyyatı aparılan prezident Əli Abdulla Salehin yaxın günlərdə vətənə qayıdacağını deyib. Cənab Hadi prezidentin səhhətinin yaxşı olduğunu bildirib.

Bu arada isə Yəmənin müxalifətdəki qəbilələrinin bu gün paytaxt Sənada hökumət snaypelərinin qəbilə lideri Şeyx Sadiq Əl-Əhmarı dəstəkləyənləri hədəf almaları nəticəsində üç nəfərin öldüyü bildirilir. Hökumət qüvvələrinin müxalifətin nəzarəti altındakı əraziləri atəşə tutması Şeyx Sadiq Əl-Əhmarın dünən öz qüvvələrinə hökumət binalarını tərk etmələrinə və atəşi dayandırmalarına göstəriş verməsindən sonra vitse-prezident Əbd Əl-Rab Mənsur Hadinin əmrindən sonra həyata keçirildiyi bildirilir.

Son iki həftə ərzində Sənada baş verən qarşıdurmalar zamanı onlarla insanın öldüyü deyilir.

XS
SM
MD
LG