Accessibility links

Yol Polisinin BMW-sini əzənə qarşı cinayət işi qaldırılıb


Yol polisinin avtomobili
Yol polisinin avtomobili

Şahin Bəylərov xuliqanlıqda günahlandırılır

Fevralın 17-də Bakıda Heydər Əliyev Mərkəzinin yaxınlığında Şahin Bəylərov çəkiclə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 423 dövlət qeydiyyat nişanlı avtomobili əzib. Belə ki, Bəylərov gözlənilmədən çantasında gəzdirdiyi çəkiclə dayanmış vəziyyətdə olan avtomobilə zərbələr endirməyə başlayıb. Nəticədə avtomobilə ciddi ziyan dəyib.

Polis Şahin Bəylərovu saxlayıb. Bakının Nərimanov rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Polisin məlumatına görə, hadisəni törədən Şahin Bəylərovun üzərində narkotik vasitə də aşkarlanıb.

Hazırda Şahin Bəylərovun psixoloji durumu ilə bağlı tibbi ekspertiza təyin edilib və istintaq aparılır.

XS
SM
MD
LG