Accessibility links

Yolka ağacı rəsmən Ağ Evə gətirildi (VİDEO)


Yolka ağacı rəsmən Ağ Evə gətirildi (VİDEO)
Yolka ağacı rəsmən Ağ Evə gətirildi (VİDEO)

ABŞ-ın birinci ledisi Mişel Obama bu gün rəsmi Ağ Evin yolka ağacını qəbul edib. Ağac at arabasında Ağ Evin həyətinə gətiriləndən sonra xanım Obama qızları Saşa və Malia, o cümlədən itləri Bo ilə birgə ağaca nəzər yetirib.

5.8 metrlik ağacın ətrafından dövrə vurandan sonra Obamalar ailəsi baş barmaqlarını yuraxı qaldıraraq razılıqları bildiriblər.

Yolka ağacı Viskonsin ştatından fermerlər Sue və Tom Şröderlər tərəfindən göndərilib. Onlar bu şərəfə Milli Yolka Ağacı Assosiasiyasının keçirdiyi müsabiqədə qalib olandan sonra layiq görülüblər.

Assosiasiya bildirib ki, AĞ Evin Mavi otağında nümayiş olunmaq üçün yolka ağacını qurumun üzvləri 1966-cı ildən təqdim edir.

XS
SM
MD
LG