Accessibility links

Cənubi Koreyanın Yonhap xəbər agentliyi bildirir ki, Şimali Koreya beynəlxalq sanksiyalara məhəl qoymayaraq beşinci nüvə sınağını həyata keçirməyə hazırlaşır.

Bbir neçə hökumət mənbəyindən məlumat əldə edən Yonhapın bildirdiyinə görə, Şimalın Punggye-ri nüvə sınağı obyektində son günlər fəaliyyətlərin səviyyəsi 2-3 dəfə artıb.

Adını açıqlamayan mənbə inanır ki, obyektdə daxil olub və oradan çıxan yük maşınları nüvə texniklərini daşıyır.

Pxenyanın yeni nüvə sınağı keçirəcəyinə dair narahatlıqlar rejim mayın əvvəlində Fəhlə Partiyasının nadir qurultayını keçirməyə hazırlaşdığı vaxta təsadüf edir.

XS
SM
MD
LG