Accessibility links

Amerikanın istedadlı şagirdləri üçün yay düşərgəsi [Video]


Amerikanın istedadlı şagirdləri üçün yay düşərgəsi
please wait

No media source currently available

0:00 0:02:52 0:00

Məktəb ilini başa vurandan sonra yay tətilini düşərgədə keçirmək amerikalı uşaqlar üçün bir ənənədir. Vaşinqton şəhəri yaxınlığındakı unikal düşərgədə isə istedadlı uşaqlar Brodveyə aparan böyük sənət yolu ilə tanış olur.

Ari Qoldblum-Helzner 1980-ci illərdə məşhur olan musiqili tamaşadakı rolunu məşq edir. O, səhər saat 8-dən axşam saat 11-dək fəaliyyət göstərən musiqili teatr proqramındakı 39 yeniyetmədən biridir. Gün ərzində rəqs, mahnı və aktyorluq dərsləri alan şagirdlər axşam öyrəndiklərini təkrar edirlər. “Burada məşqlər çox intensiv gedir və yorucu olasa da mən bunu sevirəm.”

Bu düşərgə “Amerikanın Gənc Rəssamları” proqramı əsasında fəaliyyət göstərir. Opera müğənnisi Rolando Sanz təşkilatın həmtəsisçilərindəndir. “Biz 6 ildir fəaliyyət göstəririk. Mən bu proqramı ona görə sevirəm ki, biz buraya doğrudan da nə isə etmək istəyən uşaqları cəlb edə bilirik.”

Şagirdlər burada professional rəssamlar və müəllimlərdən dərs alır. Və onların hər dəqiqəsi hazırlıqlara gedir.

Amanda Yuan baş qadın rolunu ifa edir. “İş çoxdur. Mən doğrudan da yorulmuşam, lakin bu gözəl işdir. Mən burada tək deyiləm və öz üzərimdə işləmək xoşuma gəlir.”

Ari Qolabul-Helzer “Amerikanın Gənc Rəssamları”nın onun təkmilləşməsinə yardım etdiyini deyir. "Bu düşərgə mənim irəliyə addımlamağıma doğrudan da yardım edir. Və mən işimi gələcəkdə kollecə daxil olmaqla davam etmək istəyirəm.”

İki həftə davam edən proqramın sonunda isə şagirdlər öz istedad və bacarıqlarını yerli teatrda nümayiş etdirirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG