Accessibility links

12 yaşlı yoqa təlimçisi [Video]


Yoqa praktikası Hindistanda 2500 ildən çoxdur başlanıb. Qərbə isə yüz ilə yaxınıdr gəlib və getdikcə də populyarlaşır. Bəziləri üçün bu idman növü, digərləri üçünsə mənəvi təlimdir.

Ceysi Devo yoqa ilə 8 yaşından məşğul olur. “Mən yoqanı çox sevirəm. Yoqadan sonra özümü gözəl hiss edirəm.”

Ceysi yoqaya o qədər aludə olub ki, artıq 12 yaşında yoqa təlimləri verməyə başlayıb.
“Mən Birləşmiş Ştatların ən gənc yoqa təlimçisiyəm,” deyə, o bildirir.

Cessika yoqa təlimlərini hər həftənin çərşənbə axşamları keçirir. Onun ailə üzvləri, hətta əkiz qardaşı Fişer də təlim günləri onun sinifinə gəlir. “Mən buraya hər həftə gəlirəm, təkcə bir dəfə gələ bilmədim, çünki burada deyildim. Mənim bundan xoşum gəlir, uşağın təlim verməsi də mənim xoşuma gəlir.”

Səkkiz yaşlı Elay Park buraya gələnlərdən ən balacasıdır. “Buraya ailə və dostlarla birlikdə gəlib yoqa ilə məşğul olmaq çox yaxşıdır.”


Reyçel Villiams da tələbələrdən biridir. “12 yaşlı qız uşağının nəinki yoqa ilə məşğul olması, onun yoqa dərsləri verməsi çox insanı həvəsləndirir. Hərəkətlərindəki gözəl balansı, yüksək enerjini və onun məşğul olarkən gülümsəyin deməsini çox sevirəm.”

Yoqa dərsləri olmayan günlər isə Ceysi yoqa ilə evdə dostları və ya təkcə özü məşğul olur. “Mən yoqa ilə hər səhər 30 dəqiqədən bir saata qədər məşğul oluram, Bu mənə yüksək enerji verir və özümü yaxşı hiss edirəm. Bu mənə həyatdan zövq almağa yardım edir.”

Ceysi Devo yoqanın onun üçün həm fiziki, həm də mənəvi təlim olduğunu və bacardığı qədər bu hissi bölüşmək istədiyini deyir.
XS
SM
MD
LG